Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə—
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 181-1.Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılması
Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə—
vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir. (19, 119)
Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə —
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (69, 119)
Dostları ilə paylaş: |