Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması



Yüklə 2,2 Mb.
səhifə93/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   89   90   91   92   93   94   95   96   ...   255
Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması

181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə—

  • fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə—

  • fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə—

  • fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.

181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə—

  • fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə—

  • vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən, əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə—

  • vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər. (82, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin