Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması
186.1. Qanunvericiliklə müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə—
qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
186.2. Qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə—
altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 187. Teleradio verilişlərindən (proqramlarından istifadə) qaydalarını pozma
187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə—
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
187.2. Teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və ya satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə—
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |