Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə—
vəzifəli şəxslər qırx manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (116, 119)
Maddə 256. Azərbycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına vəsait köçürməmə
Vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətin bir faizi həcmində vəsaitin sığortaçılar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına ödənilməməsinə görə—
vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər ödənilməmiş vəsaitin əlli faizindən yüz faizinədək miqdarında cərimə edilir. (1, 60)
Maddə 257. Uçotun və hesabatın təqdim edilməməsi və ya onların təqdim edilməsi qaydalarının pozulması
Rüblük və illik hesabat zamanı sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşmiş mühasibat balansı barədə hesabat təqdim edilməməsinə və ya sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatların tərtib edilməsi qaydalarının pozulmasına görə—
şərti maliyyə vahidinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir. (1, 116)