Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi



Yüklə 2,2 Mb.
səhifə136/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   132   133   134   135   136   137   138   139   ...   255
Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi

Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə—



  • ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalı

İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalına görə—



  • inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir. (26)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin