Maddə 324-1. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın verilməməsi
324-1.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə —
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.
324-1.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə —
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir. (31, 119, 125)