Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 413. İnzibati araşdırma



Yüklə 2,2 Mb.
səhifə219/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   215   216   217   218   219   220   221   222   ...   255
Maddə 413. İnzibati araşdırma

413.1. Maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.

413.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəlləyə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında prokuror qərar qəbul edir.

413.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:

413.3.1. qərardadın tərtib edildiyi yer və tarix;

413.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

413.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatlar;

413.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.

413.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.

413.5. İnzibati araşdırmanın aparılması müddəti inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Müstəsna hallarda, bu müddət icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin vəsatəti əsasında yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər.

413.6. İnzibati araşdırma başa çatdıqda inzibati xəta haqqında protokol tərtib edilir. (144)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin