Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Otuz üçüncü fəsil. İnzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması



Yüklə 2,2 Mb.
səhifə232/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   228   229   230   231   232   233   234   235   ...   255
Otuz üçüncü fəsil. İnzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması

Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ

430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:

430.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;

430.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;

430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) ya məhkəməyə. (102)




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin