Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri



Yüklə 2,2 Mb.
səhifə235/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   231   232   233   234   235   236   237   238   ...   255
Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri

433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.

433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.

Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlanması

434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:

434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;

434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;

434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;

434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətina aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin