Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 442. İnzibati xəta haqqında iş üzrə qərarın icrası



Yüklə 2,2 Mb.
səhifə241/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   237   238   239   240   241   242   243   244   ...   255
Maddə 442. İnzibati xəta haqqında iş üzrə qərarın icrası

442.1. İnzibati xəta haqqında iş üzrə qərar səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş qaydada icra olunur.

442.2. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir.

Maddə 443. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar məsələlərin həll edilməsi

443.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, möhlət verilməsi, dayandırılması və ləğv edilməsi, habelə yetkinlik yaşına çatmayanların üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya onları əvəz edən şəxslərdən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.

443.2. Bu Məcəllənin 443.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərin baxılmasının yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzürlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərin baxılması üçün maneə yaratmır.

443.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, ona möhlət verilməsi məsələləri barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə zərərçəkmiş şəxsin xahişi ilə ona bu barədə müvafiq qeyd aparılmaqla verilir. Göstərilən şəxslər olmadıqda, qərardadın surəti onun qəbul edildiyi gündən üç günədək müddətində bu barədə inzibati xəta haqqında işdə müvafiq qeyd aparılmaqla onlara göndərilir.




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin