Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 448. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması



Yüklə 2,2 Mb.
səhifə246/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   242   243   244   245   246   247   248   249   ...   255
Maddə 448. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması

448.1. İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.

448.2. İnzibati tənbehin tətbiqi üzrə icraat yerinə yetirilmədikdə və ya tamamilə başa çatmadıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aşağıdakı hallarda qaytarılır:

448.2.1. qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən göstərilən ünvanda (yerdə) inzibati məsuliyyətə cəlb olunan fiziki şəxs işləmədikdə, yaşamadıqda və ya təhsil almadıqda, yaxud inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxs olmadıqda və ya göstərilən şəxslərin həmin yerdə ünvanda (yerdə) inzibati tənbehə yönəldilə bilən əmlakı olmadıqda;

448.2.2. inzibati məsuliyyətə cəlb olunan şəxslərin inzibati tənbehə yönəldilə bilən əmlakı və ya gəlirləri olmadıqda və onun əmlakının axtarılıb tapılması üzrə tədbirlər heç bir nəticə vermədikdə;

448.2.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulmuş icrası müddəti keçdikdə.

448.3. Bu Məcəllənin 448.2.1-ci və 448.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda icrasında qərar olan vəzifəli şəxs yuxarı vəzifəli şəxs tərəfindən təsdiq olunmaqla akt tərtib edir.

Maddə 449. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası qanunvericiliklə müəyyən edilmiş qaydada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin