Maddə 456. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması müddətlərinin hesablanması
456.1. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.
456.1-1. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 455.2-455.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 404.2-ci maddəsinə əsasən daha əvvəl götürülməyibsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir.
456.1-2. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayandırılır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.
456.2. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət bu Məcəllənin 455.5-ci maddəsinə uyğun olaraq azaldıqda, bu Məcəllənin 455.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.
456.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
456.3.1. nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən cox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
456.3.2. nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. (177, 183)
Dostları ilə paylaş: |