Yeddinci fəsil. Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 61. Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslərin müalicədən boyun qaçırması
Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxması barəsində kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə—
yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 114, 119, 174)