Maddə 62. Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə—
səksən manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir. (1, 114, 119, 174)
Maddə 63. Zöhrəvi xəstəliklərlə və ya insanın immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi
63.1. Zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərlə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə—
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
63.2. Insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə—
iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. (1, 114, 119, 174)
Dostları ilə paylaş: |