Maddə 68-4. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması
68-4.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə—
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək miqdarda cərimə edilir.
68-4.2. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə—
vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.
Qeyd: bu maddədə «az miqdar» dedikdə, min manatadək olan məbləğ başa düşülür. (95, 119, 164)