On birinci fəsil. Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 119. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması
119.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
119.0.1. qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;
119.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən törədicilərdən istifadə edilməsinə;
119.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına;
119.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;
119.0.5. xüsusi razılıq (lisenziya) olmadan damazlıq xidməti göstərilməsi ilə məşğul olmağa;
119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə;
119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə—
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir (1, 99, 119, 124)
Dostları ilə paylaş: |