Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 150-1. Sənədsiz sərnişin daşıma



Yüklə 2,2 Mb.
səhifə76/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   72   73   74   75   76   77   78   79   ...   255
Maddə 150-1. Sənədsiz sərnişin daşıma

Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə—

  • fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir. (61, 119, 129)

Maddə 150-2. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması

150-2.1. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni:

150-2.1.1. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmamasına;

150-2.1.2. «Taksi» tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;

150-2.1.3. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;

150-2.1.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə;

150-2.1.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;

150-2.1.6. müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;

150-2.1.7. sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsinə;

150-2.1.8. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına görə —

    • qırx manatdan əlli manatadək miqdarda cərimə edilir. (178)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin