Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 172-1. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma



Yüklə 2,2 Mb.
səhifə90/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   86   87   88   89   90   91   92   93   ...   255
Maddə 172-1. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə—

  • iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, min manatadək olan məbləğ başa düşülür. (68, 119)

Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması

Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasınıa və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə—



  • inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış beş manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 174. Rabitə xidməti qaydalarının pozulması

Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara; norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə—



  • xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi və ya rabitə xidmətlərinin işə buraxılması

Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə, yaxud rabitə xidmətlərinin işə buraxılmasına görə—



  • bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz qırx manatadək miqdarda cərimə edilir. (1, 79, 119)

Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması

Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasına görə—



  • fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə—



  • fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması

Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə—



  • fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi

Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə—



  • otuz manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi

Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə—



  • belə xidmətlərin göstərilməsində (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin