Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması



Yüklə 2,2 Mb.
səhifə92/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   88   89   90   91   92   93   94   95   ...   255
Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə—



  • fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 181-1.Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılması

Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə—

    • vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir. (19, 119)

Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması

Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə —

    • yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (69, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin