On dördüncü fəsil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə—
Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
161.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və ya yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə—
-
fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə—
-
fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. (1, 102, 119)
Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə—
Maddə 163. Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
163.0. Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:
163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə;
163.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;
163.0.3. yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub-boşaldılmasına;
163.0.4. yollardan qum və çınqıl çıxarılmasına;
163.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;
163.0.6. mal-qaranın otarılmasına;
163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;
163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına;
163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;
163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına;
163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;
163.0.12. sərnişin daşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmamasına görə;
163.0.13. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına;
163.0.14. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə —
-
fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. (1, 102, 119, 163, 178, 196)
Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması
163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə —
-
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə —
-
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə —
-
altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.
163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —
-
fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək miqdarda cərimə edilir. (196)
Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:
164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);
164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;
164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;
164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;
164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;
164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;
164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;
164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;
164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;
164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə—
-
fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir. (1, 48, 102, 119)
Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi
Yol hərəkətinin müvvəqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə—
-
fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. (1, 102, 119)
Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması
166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə—
-
üç manatdan beş manatadək miqdarda cərimə edilir.
166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə—
-
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə—
-
vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 167. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə—
-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar qırx manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan səksən manatadək miqdarda cərimə edilir. (1, 48, 119, 206)
Maddə 168. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə—
-
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 48, 119)
On beşinci fəsil. Rabitə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 169. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin və ya teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrin əldə edilməsinə, qurulmasına və ya istismarına, bu vasitələrin realizə edilməsi qaydalarının pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə—
-
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 170. Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma
Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan rabitə şəbəkələrinə və ya vasitələrinə qoşulmağa görə—
-
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 171. Radioelektron, radio rabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulması
Radioelektron, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair qanunla müəyyən edilmiş qaydaların pozulmasına və ya tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına və ya teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə—
-
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz səksən manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 172. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması
Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına və ya rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə—
-
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 172-1. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə—
-
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə «az miqdarda» dedikdə, min manatadək olan məbləğ başa düşülür. (68, 119)
Maddə 173. Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya yayılması
Poçt ödənişi nişanlarının (poçt markaları, markalı zərf və açıqcalar) və digər poçt ödəniş nişanlarının və başqa filateliya əşyalarının qanunsuz olaraq buraxılmasınıa və ya onların nəşri və dövriyyəsi qaydalarının pozulmasına görə—
-
inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları və başqa filateliya əşyaları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış beş manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 174. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlara; norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə görə—
-
xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 175. Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi və ya rabitə xidmətlərinin işə buraxılması
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə, yaxud rabitə xidmətlərinin işə buraxılmasına görə—
-
bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz qırx manatadək miqdarda cərimə edilir. (1, 79, 119)
Maddə 176. Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarı qaydalarının və normalarının pozulması
Rabitə şəbəkələrinin və qurğularının layihələşdirilməsi, inşaatı və istismarının müəyyən edilmiş qaydalarının və normalarının pozulmasına görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 177. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə—
-
fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki əlli yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 178. Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması
Rabitə vasitələrinin, qurğularının, xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə—
-
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 179. Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi
Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə—
-
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 180. Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi
Rabitə sistemlərindən, qurğularından və xətlərindən istifadə etməklə qazanc məqsədilə rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə istifadə edilməsinə görə—
-
belə xidmətlərin göstərilməsində (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 180-1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi
Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə —
-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. (168)
Maddə 180-2. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi
180-2.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə —
-
vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
180-2.2. Bu Məcəllənin 180-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə —
-
vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi min manat miqdarında cərimə edilir. (218)
Maddə 180-3. Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə —
-
vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. (218)
On altıncı fəsil. İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 181. İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə—
-
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 181-1.Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılması
Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə—
-
vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir. (19, 119)
Maddə 181-2. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə —
-
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (69, 119)
Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması
181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.
181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.
181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.
181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.
181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə—
-
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.
181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən, əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə—
-
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər. (82, 119)
Maddə 181-4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması
181-4.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni:
181-4.0.1. fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;
181-4.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, fərdi məlumatlar haqqında qanunvericiliklə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə —
-
üç yüz manatdan beş yüz manatadək miqdarında cərimə edilir. (175)
Maddə 181-5. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə
Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə —
-
gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. (181)
Maddə 182. İnformasiyanın mühafizəsi qaydalarının pozulması
182.1. İnformasiyanın mühafizəsi sahəsində fəaliyyətin lisenziya ilə nəzərdə tutulmuş şərtlərinin pozulmasına görə—
-
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.
182.2. Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat bazasından və bankından, habelə məlumatların qorunma vasitələrindən istifadə edilməsinə görə—
-
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 183. İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması
Fiziki şəxslərin və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemlərinin, məlumat bazasının və bankının, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanlarının, müəssisələrin və təşkilatların informasiya sistemlərinin, yaxud bu sistemlərin mühafizə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamasına görə—
-
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 183-1. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması
183-1.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
183-1.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
183-1.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
183-1.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (57, 119)
Maddə 184. Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və ya istehsalı
Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin layihələşdirilməsinə və ya istehsalına görə—
-
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 185. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma
Kütləvi informasiya vasitələri məhsullarının müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunvericiliklə nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 186. Jurnalistlərin hüquqlarının pozulması
186.1. Qanunvericiliklə müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə—
-
qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
186.2. Qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə—
-
altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 187. Teleradio verilişlərindən (proqramlarından istifadə) qaydalarını pozma
187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə—
-
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
187.2. Teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və ya satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə—
-
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 187-1. Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması
187-1.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə, yəni:
187-1.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına;
187-1.0.2. nəzarət fonoqramlarının surətini müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsinə;
187-1.0.3. insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayılmamasına;
187-1.0.4. texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə;
187-1.0.5. teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına;
187-1.0.6. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulmasına;
187-1.0.7. qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlanmamasına görə —
-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir. (61, 119, 153)
Maddə 187-2. Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması
Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə —
-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir. (153)
Maddə 188. Kütləvi informasiya vasitələrinə sponsorluq etmə
Reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə—
-
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 61, 119)
Maddə 189. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə
189.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:
189.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açmağa;
189.0.2. mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
189.0.3. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
189.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 190. Statistik məlumatların verilməsi qaydalarının pozulması
Statistika müşahidələrinin keçirilməsi və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə—
-
üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 149, 250)
Maddə 191. Statistik sirrin yayılması
191.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) və fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların, bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə—
-
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
191.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə—
-
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 119, 161)
Maddə 192. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması qaydalarının pozulmasına görə—
-
xəbərdarlıq edilir və ya fiziki şəxslər yeddi manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |