Bu Qanunun məqsədləri üçün məlumat dedikdə nə nəzərdə tutulur:
təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur
açıqlanması yalnız ictimaiyyət üçün nəzərdə tutulan hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur
təqdimat formasından asılı olmayaraq yalnız fiziki və hüquqi şəxslər haqqında xəbərlər nəzərdə tutulur
təqdimat formasından asılı olaraq yalnız cəmiyyətdə baş vermiş hadisələr və vəzifəli şəxslər haqqında xəbərlər nəzərdə tutulur
Kimlərin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır ?
hər kəsin
yalnız Azərbaycan Respublikası vətəndaşlarının
hüquqi şəxslərin
vəzifəli şəxslərin
Məlumat azadlığının məhdudlaşdırılmasına hansı hallarda yol verilir?
yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda
ictimai informasiya üçün nəzərdə tutulduqda
“Məlumat azadlığı haqqında” qanunda nəzərdə tutulmuş hallarda