46. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifədə qulluq stajına görə əlavə haqq aşağıdakılardan kimə şamil edilir?
1) inzibati vəzifə tutan dövlət qulluqçusuna
2) yardımçı vəzifə tutan dövlət qulluqçusuna
3) məhkəmə sədrlərinə və məhkəmə hakimlərinə
4) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə
5) Azərbaycan Respublikası Milli Məclisinin sədr və müavinlərinə
6) Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışanlara
1,4,6
1,3,5,6
1,2,5,6
1,2,4
47. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifədə qulluq stajına görə əlavə haqq aşağıdakılardan kimə şamil edilmir?
məhkəmə sədrlərinə və məhkəmə hakimlərinə
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri
yerli icra hakimiyyəti orqanının rəhbəri
48. Dövlət qulluqçusunun pensiyasının məbləği asılıdır:
1) dövlət qulluğunda xidmət ilindən
2) dövlət məvacibinin məbləğindən
3) xidməti ezamiyyət müddətində ödənilmiş pul təminatlarından
4) dövlət orqanlarında əlavə ödənişli vəzifə tutma üçün ödənilmiş məvacibdən
1,2
1,3
2,4
2,3
49. Dövlət qulluqçusunun intizam məsuliyyətinə səbəb olan hallar?
1) dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi
2) elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq
3) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması
4) dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməməsi
5) əmanətlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək
1,3,4
1,2,5
2,4,5
1,4,5
Dostları ilə paylaş: |