92. Tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi üçün dövlət qulluqçusu şikayət verə bilər:
7 iş günü ərzində yuxarı dövlət orqanına
7 gün ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya
7 iş günü ərzində Dövlət Qulluğu İdarəetmə Şurasına
10 gün ərzində Dövlət Qulluğu İdarəetmə Şurasına
93. Aşağıdakı şərtlərin hansından asılı olaraq şəxsin dövlət qulluğuna girmək hüququ vardır?
1) təhsilindən
2) dinə münasibətindən
3) yaşayış yerindən
4) ictimai və digər birliklərə mənsubiyyətindən
5) yaşından
1,4
1,2
1,5
4,5
94. Göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin ikinci təsnifatına aiddir?
dövlət qulluğunun baş referenti
dövlət qulluğunun 3-cü dərəcə referenti
dövlət qulluğunun 1-ci dərəcə referenti
dövlət qulluğunun kiçik referenti
95. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq xidmətin hansı ilindən başlayaraq verilir?
ikinci ilindən
birinci ilindən
üçüncü ilindən
beşinci ilindən
96. Aşağıda göstərilən intizam tənbeh növlərindən hansı dövlət qulluqçusunun işlədiyi dövlət orqanının rəhbəri tərəfindən tətbiq olunur?
1) töhmət
2) daha aşağı dərəcəli işə keçirilməsi
3) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 20 faizinədək azaldılması
4) həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi
5) ixtisas dərəcəsinin aşağı salınması
6) ixtisas dərəcəsindən məhrum edilməsi
7) dövlət qulluğundan azad edilməsi
1,2,4,5,7
2,3,4,5,7
1,2,3,4,5
1,3,4,6,7
Dostları ilə paylaş: |