123. Dövlət qulluqçuları üçün keçirilən attestasiyanın əsas məqsədləri aşağıdakılardır?
1) dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib gəlmədiyinin müəyyənləşdirilməsi
2) işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliliyini artırmağa stimullaşdırılması
3) qulluqçunun ixtisasının, peşə hazırlığının yüksəldilməsinə və ya təkrar hazırlıq keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi
4) ixtisas dərəcəsinin verilmə müddətinin uzadılıb-uzadılmaması
5) dövlət qulluqçusunun xidməti ezamiyyət məsələsinin müəyyənləşdirilməsi
6) dövlət qulluqçusuna tətbiq edilmiş intizam tənbeh tədbirlərinin hansı nəticələr verməsinin müəyyənləşdirilməsi
1,2,3
1,3,4
2,3,5
2,3
124. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən hansını verə bilər?
1) tutduğu vəzifəyə uyğun gəlir
2) işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, tutduğu vəzifəyə uyğun gəlir
3) işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar yoxlamadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir
4) tutduğu vəzifəyə qismən uyğun gəlir
5) tutduğu vəzifəyə uyğun gəlmir
1,2,3
1,3,4
1,3,5
2,3,4
125. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında dövlət qulluqçularına qarşı hansı tədbirlər görür:
1) vəzifə maaşlarına əlavələr müəyyən edilməsi barədə tövsiyələr verir
2) tutduğu vəzifədən azad edilməsi barədə tövsiyələr verir
3) dövlət qulluqçusunu qazandığı müvəffəqiyyətlərə görə mükafatlandırılması barədə tövsiyyələr verir
4) attestasiyadan keçən şəxslərin ixtisasının yüksəldilməsi barədə təkliflər verir
5) dövlət qulluqçusunu aşağı vəzifəyə keçirməsinə dair tövsiyyə verir
1,2,3
1,3,4
1,3,5
2,3,5
Dostları ilə paylaş: |