50. Dövlət qulluqçusunun andının mətni hansı sənədlə müəyyən edilib?
dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir
“Dövlət dili haqqında” qanunla müəyyən olunur
Konstitusiya ilə müəyyən olunur
vəzifə təlimatları ilə
51. Dövlət qulluğunun ən kiçik ixtisas dərəcəsi hansıdır?
dövlət qulluğunun kiçik referenti
dövlət qulluğunun böyük referenti
kiçik dövlət qulluqçusu
dövlət qulluğunun 1-ci dərəcə referenti
52. Göstərilənlərdən hansı inzibati vəzifələrin ali təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?
1-ci dərəcə dövlət müşaviri
həqiqi dövlət müşaviri
dövlət qulluğunun baş müşaviri
dövlət qulluğunun müşaviri
53. Göstərilənlərdən hansı inzibati vəzifələrin birinci təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?
1-ci dərəcə dövlət müşaviri
2-ci dərəcə dövlət müşaviri
3-cü dərəcə dövlət müşaviri
dövlət qulluğunun baş müşaviri
54. Dövlət qulluqçusunun malik olduğu əsas hüquqlara aid deyil?
vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq
dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq
dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmaq