126. Attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr nəzərə alınmaqla dövlət qulluqçusu barədə hansı qərarlar qəbul edilə bilər?
1) maddi və mənəvi cəhətdən mükafatlandırılması
2) xidməti ezamiyyətə göndərilməsi
3) vəzifə maaşına əlavələrin müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi
4) vəzifədən azad edilməsi
5) ixtisas dərəcəsinin artırılması
1,2,3
1,4
1,5
2,3,5
127. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında hansı qərarı qəbul edir?
attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun vəzifədən azad edilməsi haqqında qərar
maddi və mənəvi cəhətdən mükafatlandırılması haqqında qərar
iş ixtisasının artırılmasına göndərilməsi haqqında qərar
Qərar verə bilməz
128. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr nəzərə alınmaqla dövlət qulluqçusu barədə hansı qərarlar qəbul edilə bilməz?
1) maddi və mənəvi cəhətdən mükafatlandırılması
2) mənzillə təmin edilməsi
3) vəzifə maaşına əlavələrin müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi
4) vəzifədən azad edilməsi
5) ixtisas dərəcəsinin artırılması
1,2,3
1,3,4
1,5
2,3,5
129. Dövlət qulluqçusu barəsində tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi üçün yuxarı dövlət orqanına rəsmi daxil olmuş şikayətə hansı müddətə baxır?
20 iş günü
1 ay
10 iş günü
3 ay
Dostları ilə paylaş: |