Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlərin aşağıdakılardan hansı sənədləri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmələri zəruri hesab olunur?
1) ərizə
2) şəxsiyyəti təsdiq edən sənədin surəti
3) kadrlar uçotunun şəxsi vərəqəsi
4) ali təhsil haqqında sənədin surəti
5) əmək kitabçasının surəti
6) ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti
7) sağlamlıq haqqında arayış
8) hərbi bileti
1,2,3,4,7
1,2,4,5,7
1,2,4,7,8
1,3,4,5,6
“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul” qaydalarına əsasən müsabiqə vasitəsilə sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan sənədlər:
heç bir halda qəbul edilmir
elanda göstərilən müddət ərzində poçtla göndərilərsə qəbul edilir
3 iş günü ərzində qəbul edilir
qanunvericilikdə belə hal nəzərdə tutulmayıb
“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul” qaydalarına əsasən sənədlərin tamlığını, onların qanunvericiliklə və müsabiqə vasitəsilə qəbul qaydaları ilə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır:
Prezident
Müvafiq dövlət orqanlarının rəhbərləri
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlət Qulluğunun İdarəetmə Şurası
“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul” qaydalarına əsasən təqdim olunmuş sənədlər yoxlanılarkən onlar natamam olduqda, habelə sənədlərdə uyğunsuzluq aşkarlandıqda, həmin sənədlər:
imtina edilir və bir daha qəbul edilə bilməz
10 iş günü ərzində namizədlərə qaytarılır
5 iş günü ərzində namizədlərə qaytarılır
3 iş günü ərzində namizədlərə qaytarılır
Dostları ilə paylaş: |