46. Bələdiyyənin qəbul etdiyi aktın icrası kimlər üçün məcburidir?
ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün
ərazisində yaşayan əcnəbilər və onun ərazisində yerləşən hüquqi şəxslər üçün
yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün.
bütün fiziki və hüquqi şəxslər üçün
47. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların hüquqi qüvvəsinə görə ardıcıllığı müəyyən edin:
1-Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
2 -Konstitusiya
3 -mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
4-referendumla qəbul edilmiş aktlar
5-qanunlar
6-fərmanlar
1,2,3,4,5,6
2,1,3,6,5,4
2,4,5,6,1,3
2,4,3,6,5,1
48. Bələdiyyənin iclasında baxılan məsələlərə dair qəbul edilir:
qanun və sərəncam
qanun
qərar
heç biri
49. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini kim təsdiq edir?
Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Azərbaycan Respublikasının Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidentinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Baş naziri
50. Aşağıda göstərilənlərdən hansı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalara aiddir:
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad
Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili
Dostları ilə paylaş: |