ii[2]
4. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına mədəniyyət sərvəti əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir.
5. Mədəniyyət sərvətinin qiyməti və mühafizə dərəcəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.iii[3]
6. Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, qeydiyyatı və mühafizəsi ilə həmin təsisatlar məşğul olurlar. Bu təşkilatlar mədəniyyət sərvətinin Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizəsi siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə məlumat verməlidirlər.
Dostları ilə paylaş: |