Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında



Yüklə 37,13 Kb.
səhifə4/10
tarix07.01.2022
ölçüsü37,13 Kb.
#84951
1   2   3   4   5   6   7   8   9   10
iv[4]

7. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir.

8. Mədəniyyət sərvətlərinin mühafizə siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan xalq tətbiqi sənəti nümunələri, mədəniyyət və incəsənət əsərləri, muzey, kitabxana və arxivlərdə saxlanılan əşyalar daxil edilir.

9. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obeyktlər mülki dövriyyədən çıxarılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və bərpa etmək qadağandır.

10. Ən əhəmiyyətli məddəniyyət sərvətlərini qorumaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müəyyən ərazinin (şəhərin, rayonun) ,"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar.v[5]

11. Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin mühafizə siyahısına daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət sərvətləri ilə əlaqədar əqdlər bağlanmasına yol verilmir.

12. Obyektin milli mədəniyyat əmlakına aid edilməsi məsələsini Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təqdimatlarına əsasən müvafiq qərar qəbul edilməklə həll edilir.


Yüklə 37,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin