Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 12 avqust 1999-cu il
№ 130
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması
QAYDASI i[1]
1. Bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını müəyyən edir.
2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mədəniyyət sərvəti hesab olunan bütün əşyalara şamil edilir.
3. Mədəniyyət sərvətlərinin ilkin qeydiyyatı tabeliyində mədəniyyət müəssisəsi olan təşkilatlar tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təsdiq etdiyi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: |