Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunma Qaydalarının təsdiq olunması haqqında



Yüklə 88,16 Kb.
səhifə3/7
tarix07.01.2022
ölçüsü88,16 Kb.
#85066
növüQaydalar
1   2   3   4   5   6   7
2. Protokol
2.1 İnzibati xətanın törədildiyi yerdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq iki nüsxədən ibarət inzibati xəta haqqında protokol (əlavə №1) tərtib edilir.

2.2 Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya onun nümayəndəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlar və vəzifələr izah edilir və bu barədə protokolda müvafiq qeydlər aparılır.

2.3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya onun nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir.

2.4 Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nümayəndəsi izahatlar və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

2.5 İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir.

2.6 İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan bir gün müddətində inzibati xətaya baxmaq səlahiyyəti olan vəzifəli şəxsə göndərilir.


3. Qərar
3.1 İnzibati xəta haqqında işə baxılmasının tarixi və yeri müəyyən edilərək barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə və ya şəxsin nümayəndəsinə məlumat verilir və işə onların iştirakı ilə baxılır. Həmin işə şəxsin və ya nümayəndəsinin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

3.2 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi adından inzibati xətaya baxmaq səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”na uyğun olaraq müəyyən edilir.

3.3 İnzibati xəta haqqında işə baxmağa səlahiyyətli olan vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 422.1 maddəsinə əsasən inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan 15 (on beş) gün müddətində baxır.

3.4 İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:

- inzibati xətalar haqqında inzibati tənbehin tətbiq edilməsi haqqında (əlavə №2)

- İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; (əlavə №3)

- İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; (əlavə №4)

3.5 İnzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsinə uyğun olaraq tərtib edilir.

3.6 İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.

3.7 Qərarın surəti 3 (üç) günədək müddətdə barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərərçəkmiş şəxsə verilir.

3.8 Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə və ya məhkəməyə şikayət verilə bilər.



Yüklə 88,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin