Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzinin
Əsasnaməsi
Bakı-2006
Mündəricat
Ümumi müddəalar (1.1 - 1.3 bəndlər )
Mərkəzin statusu , vəzifələri (funksiyaları) (2.1 – 2.8 bəndlər )
Mərkəzin idarə edilməsi (3.1 – 3.5 bəndlər )
Digər müddəalar (4.1 - 4.6 bəndlər )
1.Ümumi müddəalar Hazırkı Əsasnamə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin struktur bölməsi olan Bakı Turizm İnformasiya mərkəzinin daxili quruluşunu, səlahiyyətlərini və vəzifələrini (funksiyalarını)müəyyən edir ,bu struktur bölməsi ilə bağlı digər münasibətləri tənzimləyir.
1.2 Bu Əsasnamə Azərbaycan Respublikası Konstitusiyası, qanunları, digər normativ-hüquqi aktları və normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsi nəzərə alınaraq tərtib edilmişdir.
1.3 Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.3.1. Nazirlik - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
1.3.2. Mərkəz – Nazirliyin Bakı Turizm İnformasiya Mərkəzi ;
1.3.3.TİM - Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm informasiya mərkəzləri ;
1.3.4. İT – Elektron İnformasiya Texnologiyaları: proqram təminatı və elektron hesablayıcı maşınlar (İT avadanlıq),habelə İT avadanlığının sistemi və şəbəkəsi ;
1.3.5. Sərəncam verici sənədlər- əmrlər,sərəncamlar digər yazılı göstərişlər;
1.3.6. Elektron hücum – məlumatın məhv edilməsi ,təcrid olunması ,surətinin çıxarılması, oxunması ,yayılması və ya məlumata düzəlişlər daxil edilməsi ,İT-nın işinin pozulması məqsədi ilə ,eləcə də bu qəbildən olan digər məqsədlə törədilmiş hüquqa zidd əməl ;
1.3.7. TMBk – turizm məlumat bankı – Azərbaycan Respublikasının turizm resurslarının vahid məlumat toplusu .