3.Mərkəzin idarə edilməsi
3.1. Mərkəzə rəhbərliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan direktor həyata keçirir .
3.2. Mərkəzin direktoru :
3.2.1. Mərkəzin ümumi fəaliyyətinə rəhbərlik edir və məsuliyyət daşıyır;
3.2.2. Mərkəzin iş planını hazırlayır və Nazirliyin təsdiqinə verir ;
3.2.3. Mərkəzin işçiləri arasında vəzifə və səlahiyyət bölgüsünü aparır;
3.2.4. Mərkəzin sərəncamına verilmiş maddi-texniki təminat vasitələrini işçilərin iş yükünə uyğun olaraq bölüşdürür;
3.2.5.zərurət olduqda Nazirlik qarşısında maddi-texniki təminat məsələlərini qaldırır;
3.2.6.Mərkəzin işçiləri arasında həvəsləndirmə və intizam tənbehi tədbirləri görür
3.2.7.Mərkəzə tabe qurumların işini tənzimləyir ;
3.2.8.öz səlahiyyətləri daxilində əmr və göstərişlər verir;
3.2.9.Mərkəzin fəaliyyəti ilə bağlı Nazirliyin digər struktur bölmələrindən müvafiq məlumatlar alır;
3.2.10.Mərkəzdə kargüzarlıq işinin aparılmasını təşkil edir;
3.2.11.Bu Əsasnamənin tələblərinin eləcə də Mərkəzin vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsinə nəzarət edir.Mərkəzdə işgüzar mühit yaradılması və işin səmərəliliyini artırılması üçün tədbirlər görür;
3.2.12.Mərkəzin fəaliyyəti ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edir;
3.2.13.qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirir.
3.3. Mərkəz direktorlarının əmr və göstərişləri Nazirlik tərəfindən dəyişdirilə və ləğv edilə bilər.
3.4. Nazirlik tərəfindən Mərkəzdə tabe qurumlar (seksiyalar, məlumat masaları və s.)təsis edilə bilər. Mərkəzin direktoru öz əmri ilə işçi qruplar yarada və onlara tapşırıqlar verə bilər.
3.5.Mərkəzin tabe qurumlarının vəzifə və səlahiyyətləri ,habelə onlarla bağlı sair münasibətlər həmin qurumların təsis edilməsi və ya yaradılması haqqında sənədlərlə ,eləcə də digər normativ aktlarla müəyyən edilir.
Dostları ilə paylaş: |