Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzinin Əsasnaməsi



Yüklə 37,15 Kb.
səhifə4/4
tarix07.01.2022
ölçüsü37,15 Kb.
#85984
1   2   3   4
4.Digər müddəalar



    1. Mərkəzin maddi təminatı Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş maddələr üzrə həyata keçirilir.

    2. Mərkəzin maliyyə vəsaitləri aşağıdakılardır :

      1. Bu Əsasnamənin 4.1 bəndində göstərilmiş mənbədən ;

      2. Turizm xidməti ilə əldə olunan gəlirlərdən;

      3. Mərkəzə verilən qrantlardan , müsabiqələrdən və bu qəbildən olan digər büdcədənkənar mənbələrdən;

      4. Mərkəzə köçürülən ianələrdən ;




    1. Mərkəz dövlət büdcəsində əks etdirilən xərclər barədə Nazirliyə hesabat verməlidir.

    2. Mərkəzə verilən bütün əmlak inventarlaşdırılmalı ,onların üzərində inventar nömrələr yazılmalı ,zəmanət verilmiş əmlakın üzərində isə xüsusi etiket (leybl) yapışdırılmalıdır .

    3. Mərkəzin sahibliyinə,istifadəsinə, sərəncamına verilmiş əmlakın müvafiq istismar qaydalarında uyğun istifadə edilməsinə həmin əmlakın həvalə edildiyi Mərkəz işçisi məsuliyyət daşıyır ,bir şərtlə ki,sözü gedən əmlak Mərkəz işçisinə yazılı sərəncam əsasında və həmin işçinin imzası il\ verilmiş olsun.

    4. Bütövlükdə Mərkəzin sahibliyinə , istifadəsinə,sərəncamına verilmiş əmlakın (bu cür əmlak üçün nəzərdə tutulan aşınma həddi nəzərə alınaraq )qorunub saxlanılmasına ,habelə müəyyən göstərişlərin və ya sifarişlərin yerinə yetirilməsi üçün Mərkəzə ayrılmış maddi təminatın xərclənməsinə görə mərkəzin direktoru cavabdehdir .

  1. Mərkəz qanunvericiliklə nəzərdə tutulmuş qaydada və əsaslarla yenidən təşkil və ləğv edilə bilər.

Yüklə 37,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin