Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 18.05 Kb.
tarix29.06.2018
ölçüsü18.05 Kb.


Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

10.03.2017-ci il tarixli 17/1082-18/26 nömrəli dərkənarına əsasən

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nin 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsini təqdim edirik.


Qoşma: 3 vərəq (Qərar layihəsi);


Aparatın rəhbəri Zəkiyyə Mustafayeva
layihə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR _______
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6–cı bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nin 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:



  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”ndan 14.5. “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, 14.17. “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”, 14.22. “Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi”, 14.23. “İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi”, 14.25. “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və 14.26. “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndləri çıxarılsın.

  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 14.27. bəndində “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” sözləri “Gəminin sanitariya nəzarətindən keçməsi və sanitariya nəzarətindən azad edilməsi şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilsin.

  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən aşağıda adları çəkilən elektron xidmətlər əlavə edilsin;;

    1. Həkim axtarış sistemi;

    2. Xəstəliklərin Beynəlxalq Təsnifatı;

    3. Obliqat qruplara aid vətəndaşlara növbəti müayinə haqqında sms xəbərdarlıq verilməsi.



Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı layihəsinin (bundan sonra – “layihə”) qəbul edilməsi zərurətinin əsaslandırılması

Layihənin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti:

Layihə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsi “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının adı çəkilən Qanuna və Fərmanlara uyğunlaşdırılması məqsədi ilə hazırlanmışdır və layihənin tənzimləmə predmetini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”ndan 14.5. “Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, 14.17. “Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu”, 14.22. “Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi”, 14.23. “İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi”, 14.25. “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və 14.26. “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndlərinin çıxarılması və 14.27. bəndində “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” sözləri “Gəminin sanitariya nəzarətindən keçməsi və sanitariya nəzarətindən azad edilməsi şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” sözləri ilə əvəz edilməsi, 14.39. “Həkim axtarış sistemi”, 14.40. “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və 14.41. “Obliqat qruplara aid vətəndaşlara növbəti müayinə haqqında sms xəbərdarlıq verilməsi” elektron xidmətlərinin adlarının əlavə edilməsini təşkil edir.



Səhiyyə Nazirliyi,

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin

direktoru Cəbrayıl Əsəd-zadə

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə