Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə



Yüklə 53,91 Kb.
tarix15.01.2018
ölçüsü53,91 Kb.
#38495

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Bakı şəhəri Yeni Günəşli qəsəbəsı “V” y/s

ev 15, mənzil 15-də yaşayan Cəfərov Aləmşah

Məmmədəli oğlu,


Bakı şəhəri Məshəti küçəsi ev 4, mənzil 11-də

yaşayan Şirinov Aslan Kamil oğlu,


Bakı şəhəri H.B.Əliyev küçəsi ev 12, mənzil 42-də

yaşayan Cəlilov Ruslan İzahat oğlu,


Bakı şəhəri Yeni Günəşli qəsəbəsı “D” y/s, ev 28,

mənzil 26-da yaşayan Əhmədli Ədalət Mikayıl oğlu,

Bakı şəhər Maştağa qəsəbəsi M. Əbdülkərim küçəsi, ev 58 də yaşayan Xəlilov Şaiq Şamil oğlu,
Bakı şəhəri Qaraçuxur qəsəbəsi K.İsmayılov küçəsi ev 7/7 yaşayan Əhmədov Elsəvər Oruc oğlu,
Bakı şəhəri D Bünyadzadə küçəsi ev 2 mənzil 60

yaşayan İbrahimova Şəbnəm Eldar qızı,


Bakı şəhəri N.Tusi küçəsi ev 24 mənzil 72

yaşayan Fərzəliyev Vahid Qüdrət oğlu,


Bakı şəhəri Ziğ qəsəbəsi, şimal qərb hissəsi

Sadiqov Bəhruz Fərrux oğlu


Bakı şəhəri Zığ qəsəbəsi şimal-qərb hissədə

yaşayan Qasımov Etibar Ağahüseyn oğlu,


Bakı şəhəri Zığ qəsəbəsi cənub-qərb hissədə

yaşayan Məmmədov Xəqani Məmməd oğlu,

Bakı şəhəri Zığ qəsəbəsi cənub-qərb hissədə

yaşayan Məmmədov Namiq Valeh oğlu,


Bakı şəhəri Qaraçuxur qəsəbəsi K.İsmayılov küçəsi ev 7/7 yaşayan Əhmədova Sədaqət Məhərrəm qızı,
Bakı şəhəri Zığ qəsəbəsi şimal-qərb hissədə

yaşayan Əmirov Aydın Əmir oğlu,


Bakı şəhəri Z.Adıgözəlov küçəsi ev 99

yaşayan İbrahimova Zemfira İbrahim qızı,


Bakı şəhəri Binə qəsəbəsi Hövsan südçülü

sovxozunda yaşayan Mirəli Novruz Qüdrət oğlu,


Bakı şəhəri Neapol küçəsi ev 22, mənzil 88

yaşayan Əliyeva Amalya İdris qızı,


Bakı şəhəri Sarayevo küçəsi ev 14 mənzil 77

yaşayan Qasımova Səbinə Hamlet qızı,


Bakı şəhəri Vəzirov küçəsi 42 A/57 mənzil 46

yaşayan Hüseynov Əsgər Adil oğlu,


Bakı şəhəri Zığ qəsəbəsi şimal-qərb hissədə

yaşayan Kərimov Emin Xidir oğlu və


Bakı şəhəri Binə qəsəbəsi Donuzkökəltmə

Sovxozu ailəvi yataqxanada yaşayan Hüseynov Ramiz Hüseyn oğlu tərəfindən


Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

(“Araz İnşaat LTD” MMC-nə himayəçilik edən Vüqar Seyidovun və onlara havadarlıq edən Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun qanunsuz hərəkətləri barədə)
Hörmətli cənab Prezident!

Yazıb sizə bildiririk ki, biz 21 nəfər şikayətçilər mənzil şəraitimizi yaxşılaşdırmaq məqsədilə 2002 və 2004-cü illərdə Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdik. Zığ Bələdiyyəsinin 10 iyul 2002-ci il tarixli 11/1 saylı, 11 noyabr 2002-ci il tarixli 33/1 saylı və 16 iyul 2004-cü il tarixli 07 saylı, qərarları ilə bizlərə torpaq sahəsi ayrılmış və alğı-satqı yolu ilə bizlərə satılmışdır. Həmin torpaq sahəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarları əsasında bizlərə Dövlət torpaq Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsindən “Torpaq sahəsini plan və ölçüsü” (kadastr plan) verilmişdir. Həmin sənədi aldıqdan sonra Daşınmaz əmlakın Dövlət Reyestr xidməti Bakı şəhər Ərazi İdarəsindən bizlərə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bu gün həmin torpaq sahəsi mövcud qanunvericiliyin tələblərinə uyğun bizim mülkiyyətimizdədir. Bizlərə məxsus həmin mülkiyyət üzərində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 148 152 və 178-ci maddələrində nəzərdə tutulmuş



Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.



Həmin məcəllənin Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi

146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Həmin Mülki Məcəlləsinin

Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı

148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.



Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

152.4. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Həmin məcəllənin

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi

178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən bizə satılmış torpaq sahələri Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə uyğun bizim mülkiyyətimizdədir.

Bizlərlə qonşuluqda yerləşən “Araz İnşaat LTD” MMC-nə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli 126 saylı sərəncamı ilə 4.2 hektar torpaq sahəsi istifadəsinə ayrılmışdır.Lakin onlara ayrılmış bu torpaq sahəsi üzərində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı maddələrinin tələblərinə görə,



Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.



 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

4. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir.



Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

  1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

  4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.



Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı

  Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. http://e-qanun.az/files/code/data/0/c_c_6.htm - _edn51

hüquqların dövlət reyestrində qeydə alınmamış və onlara ayrılmış heç bir iş görülməmişdir.Həmin tarixli sərəncamla ayrılmış torpaq sahəsinin bizlərə heç bir maneçiliyi olmamışdır.

Lakin bizə bu günlərdə məlum oldu ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamı ilə əvvəlki 20 may 2005-ci il tarixli 126 saylı sərəncamını 28-ci bəndinə “Araz İnşaat LTD” MMC-nə Suraxanı rayonu Yeni günəşli “D” yaşayış sahəsinin cənub hissəsinin mövcud ölçüləri dəqiqləşdirilərək 7.3154 hektar müəyyən edilmişdir. Əvvəlki sərəncamda onların istifadəsinə ayrılmış torpaq sahəsi 4.2 hektar idi ki, sonradan dəqiqləşdirmə adı altında necə artaraq 7.3154 hektar ola bilər? Onlara 2010-cu ildə dəqıqləşdirmə adı altında artırılmış 3.1154 hektar torpaq sahəsi bizə 2002-2004-cü illərdə Zığ Bələdiyyəsindən alğı satqı yolu ilə aldığımız və bu gün bizim mülkiyyətimizdə olan torpaq sahəmizi əhatə edir.

Beləliklədə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamı ilə əvvəlki 20 may 2005-ci il tarixli 126 saylı sərəncamını 28-ci bəndinə “Araz İnşaat LTD” MMC-nə Suraxanı rayonu Yeni günəşli “D” yaşayış sahəsinin cənub hissəsinin mövcud ölçüləri dəqiqləşdirilərək 7.3154 hektar müəyyən edilməsi barədə sərəncamı verməklə bizim mülkiyyət hüquqlarımızı pozur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 12, 13 və29-cu maddələrinə görə

Maddə 12. Dövlətin ali məqsədi

I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. Mülkiyyət hüququ


I. Hər kəsin mülkiyyət hüququ vardır.

II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları  üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 


Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 30 dekabr 2010-cu il tarixli 517 saylı bu sərəncamı ilə “Araz İnşaat LTD” MMC-nə “dəqiqləşdirərək” ayırdığı torpaq sahəsi bizim mülkiyyətimizdə olan torpaq sahəsinin üzərinə düşür.

Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamı ilə əvvəlki 20 may 2005-ci il tarixli 126 saylı sərəncamını 28-ci bəndinə “Araz İnşaat LTD” MMC-nə Suraxanı rayonu Yeni günəşli “D” yaşayış sahəsinin cənub hissəsinin mövcud ölçüləri dəqiqləşdirilərək 7.3154 hektar müəyyən edilməsi barədə sərəncamı verməklə öz səlahiyyətlərindən sui istifadə etmişdir ki, nəticədə Bakı şəhərinin hektarlarla ərazisini “Araz İnşaat LTD” MMC- i kimi özlərinə yaxın adamların adına keçirməklə vergidən yayınmalarına şərait yaratmışdır. Belə ki, Bakı şəhər Vergilər Departamentinin “Araz İnşaat LTD” MMC-nə qarşı “İcarə haqqının ödənilməsi barədə” iddia ərizəsinə 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsində 07 fevral 2012-ci il tarixli 2 iq (82)-341 /2012 saylı qətnaməsilə baxılaraq iddia təmin edilmişdir. Həmin məhkəmə mübahisəsi zamanıda “Araz İnşaat LTD” MMC-nin icarəsində olan 4,2 hektar torpaq sahəsinin icarə haqqı ödənilməsi tələb olunmuşdur.Əgər Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamı ilə əvvəlki 20 may 2005-ci il tarixli 126 saylı sərəncamını 28-ci bəndinə “Araz İnşaat LTD” MMC-nə Suraxanı rayonu Yeni günəşli “D” yaşayış sahəsinin cənub hissəsinin mövcud ölçüləri dəqiqləşdirilərək 7.3154 hektar müəyyən edilmişdirsə onda Bakı şəhər Vergilər Departamentinin “Araz İnşaat LTD” MMC-nə qarşı “İcarə haqqının ödənilməsi barədə” iddia ərizəsində onların icarəsində olduğunu iddia etdikləri 7.3154 hektar torpaq sahəsinə görə icarə haqqı dövlət büdcəsinə ödənilməli idi.

Göründüyü kimi “Araz İnşaat LTD” MMC-nin icarəsində yalnız 4,2 hektar torpaq sahəsi olmuşdur ki, həmin torpaq sahəsinə görədə icarə haqqı ödənilməsi tələb olunmuşdur.

Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamı ilə əvvəlki 20 may 2005-ci il tarixli 126 saylı sərəncamını 28-ci bəndinə “Araz İnşaat LTD” MMC-nə Suraxanı rayonu Yeni günəşli “D” yaşayış sahəsinin cənub hissəsinin mövcud ölçüləri dəqiqləşdirilərək 7.3154 hektar müəyyən edilməsi barədə sərəncamı verməklə məqsədi bizim mülkiyyətimizdə olan torpaq sahəmizi əlimizdən alaraq “Araz İnşaat LTD” MMC-nə verməkdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun məqsədi biz 21 nəfəri vətəndaşı dövlətdən narazı salmaqdır.

Biz 21 nəfər Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişik. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbov səlahiyyətindən sui istifadə edərək məhkəməyə təzyiq göstərir.Məhkəmədə iştirak edən nümayəndəsi Bağırov Cəlal Rəhman oğlu nümayişkaranə formada bildirir ki, “sizlər özünüzü yormayın onsuzda məhkəmələr Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edə bilməz”

Hörmətli cənab Prezident!

Sizin keçirdiyiniz müşavirələrdə dəfələrlə dövlət məmurlarına verdiyiniz tapşırıqlarınızda vətəndaşların süründürməçilıyinə son qoymağı tapşırsanızda biz bu gündə belə süründürməçiliyə məruz qalmışıq və bu süründürməçilik davam edir.

Ümid edirik ki, əsası ulu öndərimiz HEYDƏR ƏLİYEV tərəfindən qoyulmuş, Azərbaycanımızı lider dövlətə çevirmiş öz humanistliyi ilə fərqlənən xalqımızın Prezidenti bizlərin bu şikayətini nəzərə alıb, xüsusi mülkiyyətimizdən məhrum etməyə çalışan və “Araz İnşaat LTD” MMC-nə himayəçilik edən Vüqar Seyidovun (Hacıbala Abutalıbovun yaxın qohumu) və onlara havadarlıq edən Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun qanunsuz hərəkətlərinin son qoyulmasına yaxından kömək edəcəkdir.

Bütün bünları qeyd edərək, sizdən xahiş edirik ki, bu şikayətimizi nəzərə alıb, nəzarətə götürərək mülkiyyətimizdə olan torpaq sahəsinin üzərində qanunsuz qərar qəbul etmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 30 dekabr 2010-cu il tarixli 517 saylı sərəncamını verməklə öz məqsədlərinə nail olaraq biz vətəndaşların torpaqlarımızı əlimizdən almaqla sədaqətli olduğumuz prezidentimizdən və dövlətimizdən narazı salmaq istəyininin qarşısının alınmasına kömək edəsiniz.



Xahiş edirik ki, hüquqları pozulmuş biz 21 nəfəri qəbul edəsiniz!
İmza: Cəfərov Aləmşah Məmmədəli oğlu,
Şirinov Aslan Kamil oğlu,
Cəlilov Ruslan İzahat oğlu,

Əhmədli Ədalət Mikayıl oğlu,


Xəlilov Şaiq Şamil oğlu

Əhmədov Elsəvər Oruc oğlu


İbrahimova Şəbnəm Eldar qızı
Fərzəliyev Vahid Qüdrət oğlu
Sadiqov Bəhruz Fərrux oğlu
Qasımov Etibar Ağahüseyn oğlu
Məmmədov Xəqani Məmməd oğlu

Məmmədov Namiq Valeh oğlu


Əhmədova Sədaqət Məhərrəm qızı
Əmirov Aydın Əmir oğlu
İbrahimova Zemfira İbrahim qızı
Mirəli Novruz Qüdrət oğlu
Əliyeva Amalya İdris qızı
Qasımova Səbinə Hamlet qızı
Hüseynov Əsgər Adil oğlu
Kərimov Emin Xidir oğlu
Hüseynov Ramiz Hüseyn oğlu

28” __aprel_ 2014-cü il



Əlaqə telefonu:055-321-31-21
Yüklə 53,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin