Bu ilin 9 ayında tikintidə 217 qəza hadisəsi baş verib. Bu hadisələr nəticəsində 83 nəfər dünyasını dəyişib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə keçirilən tədbirlər davam edir: “Dövlət Əmək Müfəttişliyi tikinti şirkətlərində monitorinqləri davam etdirir. Qanunu pozan tikinti şirkətlərini cəzalandırmaq, eləcə də fəaliyyətini dayandırmaq təklifi ilə müvafiq qurumlara müraciət göndərir. Bununla belə, aşkar edilən pozuntuların aradan qaldırılması üçün müfəttişlik nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi tədqiqat və tədris Mərkəzi ilə birlikdə tikinti və digər istehsalat sahələrində çalışan əməyin mühafizəsi üzrə mütəxəssislər üçün ”istehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda kurslar təşkil edib. Həyata keçirilən tədbirlər bu cür hadisələrin qarşısını almağa yardım edib. Ancaq hələ tikinti şirkətlərində neqativ hadisələr qalmaqdadır".
1.Bu cür nöqsanların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. 2.Müfəttişlik Nazirliyin Əmək və Sosial Problemlər üzrə elmi tədqiqat və tədris mərkəzi ilə birlikdə tikinti və digər istehsalat sahələrində çalışan əməyin mühafizəsi üzrə mütəxəssislər üçün daimi fəaliyyət göstərən “İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda mütamadi olaraq kurslar təşkil etməlidirlər.