Xidmətlərdən istifadə zamanı qarşıya çıxan texniki problemlər aradan qaldırılsın, xidmətlərdən fasiləsiz istifadə təmin olunsun.
Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə nazirlik tərəfindən vətəndaşların məlumatlılığı artırılsın, xidmətlərdən istifadə qaydaları ilə bağlı yerlərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının köməkliyi ilə əhali ilə mütəmadi görüşlər təşkil olunsun.
Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə “Elektron hökumət” portalı vasitəsilə göstərilən elektron xidmətlər arasında mövcud olan uyğunsuzluq aradan qaldırılsın.
Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin bir qisminin ASAN xidməti tərəfindən də göstərilməsinin təşkili istiqamətində iki qurum arasında işlər görülsün.
Nazirliyin veb səhifəsində göstərilən hər bir xidmətdən istifadə etmək üçün ayrıca qeydiyyatdan keçmək tələb olunur. Xidmətlərdən istifadənin sadələşdirlməsi üçün vahid qeydiyyat mexanizminin yaradılması tövsiyyə olunur.
Elektron xidmətlərdən vətəndaşların istifadəsi stimullaşdırılsın, vətəndaşların öz müraciətlərini elektron qaydada vermələri istiqamətində iş aparılsın.
1 Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən vətəndaşlar arasında keçirilmiş sorğuya istinad olunur.