Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 27,6 Kb.
səhifə2/2
tarix26.11.2023
ölçüsü27,6 Kb.
#136546
növüQaydalar
1   2
referat 4278

Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) - ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etməkdən, mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat verməkdən ötrü nəzərdə tutulmuşdur.
MNLŞ-a əsasən bu təşkilatlar cəlb edilir:

  • Səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri və stansiyaları;

  • Kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq laboratoriyaları;

  • Baytar nəzarəti postları və bitki mühafizəsi stansiyaları;

  • Dövlət hidrometrologiya komitəsinin radiometriya laboratoriyası və qrupları;

  • Daxili İşlər Nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri;

  • Müdafiə Nazirliyinin xüsusi bölmələri;

  • Respublika MM qərargahının kimyəvi-radiomtriya laboratoriyası;

  • Nazirliklərin, ərazi icra hakimiyyəti başçılarının və obyektlərinin radiasiya və kimya müşahidəsi postları;

  • habelə, bir sıra digər respublika təşkilatlarının sahə laboratoriyaları.

Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir:



  • Gündəlik iş rejimi;

  • Yüksək hazırlıq rejimi;

  • Fövqəladə rejim.

Gündəlik iş rejimi həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazirliklərinin, dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrinin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya, epizotiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.
Fövqəladə rejimdə isə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə həmçinin: müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoiya nəzarəti aparılır.
İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. H.Q.Ocaqov “Mülki müdafiə” kitabı

  2. B. Məlikov “Mülki müdafiə” kitabı

  3. “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunu

  4. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında” əsasnamə, 19 aprel 2006

  5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı

fhn.gov.az


Yüklə 27,6 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin