Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakültəsi



Yüklə 41,01 Kb.
tarix02.12.2018
ölçüsü41,01 Kb.
#85275

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyası

İnzibati İdarəetmə fakültəsi

Əzəmmədov Zaur

Açar sözlər : fəlsəfə, islam, xristianlıq , fəlsəfə, filosof,

Din və Fəlsəfə. Tarixi və Mahiyyəti

“Din” ərəb sözüdür. Bu söz lüğətdə mükafat mənasını ifadə edir. Dinin bir termin olaraq izahına gəldikdə, tədqiqatçıların fikrincə, hazırda dinin səksəndən artıq tərifi mövcuddur. Bunun səbəbi dinə müxtəlif aspektlərdən yanaşılmasıdır. Fəlsəfə ensiklopedik lüğətində din tarixi hadisə adlandırılır və deyilir: “Din ictimai şüur formalarından biri; bir və ya bir neçə ilahi varlığın, müqəddəslərin, yəni fövqəltəbiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyətidir”.

Məşhur Amerika filosofu və psixoloqu Uilyam Ceyms (1842-1910) dinə psixoloji prizmadan açıqlama verir. O deyir: "Din insanın Allah adlandırdığı varlıq qarşısında keçirdiyi hisslər və gördüyü işlərdən ibarət bir sistemdir".

Fransız sosioloq və filosofu Emil Dürkheym (1858-1917) öz sosioloji-fəlsəfi düşüncələrində din adlı ictimai hadisəni insanları müqəddəs məfhumlar vasitəsilə bir araya gətirən qanun və əqidələrdən ibarət kompleks kimi təqdim edir. "Əql və dini etiqad“ kitabında isə dinə verilən təriflərin əhatəli olmaması vurğulanır və ortaya daha dəqiq tərif qoyulmasına çalışılır. Yəni hazırda mövcud olan dinlərin hamısını əhatə edəcək bir tərif. Müəllifə görə, dinin ən ümumi tərifi belədir: “Din ülvi bir həqiqət ətrafında toplanmış əqidələr, ayinlər məcmusudur”.

Nəhayət, müasir İran filosofu və ilahiyyatçısı Misbah Yəzdinin fikrincə, din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır. Dinə verilən tərifləri təkrarlamaq lüzumsuzdur. Düşünürük ki, dinə hər hansı bir formada tərif verməzdən öncə hansı dindən söhbət getdiyini müəyyənləşdirməliyik.

Dünyada mövcud olan dinlər müəyyən bir təsnifə əsasən üç hissəyə ayrılır:

1. İbtidai dinlər (animizm, totemizm, fetişizm və s.);

2. Fəlsəfi dinlər (hinduizm, buddizm, konfusilik və s.);

3. Vəhyə əsaslanan dinlər (yəhudilik, xristianlıq və islam).

Bu dinlərin hər biri özünəməxsus əqidə və ayinlərə malikdir. Belə bir vəziyyətdə bütün dinləri əhatə edən ortaq və eyni zamanda dəqiq tərif vermək mümkündürmü? Zənnimizcə, bu iş mümkün olsa da, lüzumsuzdur.

Dinin tərifi

Biz burada din fəlsəfəsi bəhslərini islam dininə müvafiq şəkildə təqdim edəcəyimizdən əvvəlcə dinin islama uyğun tərifini veririk: “Din vəhylə gələn, insanların “Quran” və sünnə vasitəsilə doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və dəyərlər toplusudur”.

Bu tərifin şərhi olaraq qeyd edək ki, din mütəxəssislərinin nəzərincə, islam dini məzmun baxımından üç hissəyə bölünür:

1. Əqidəyə aid məsələlər. Burada hər bir müsəlmanın hansı təməl əqidələrə yiyələnməli olduğu bəyan edilir. Allahın varlığına və yeganəliyinə inanmaq, ölümdən sonrakı həyatı haqq bilmək bunun bariz nümunələrindəndir. İslam maarifində bu kimi məsələləri araşdıran elm “Kəlam elmi” adlanır.

2. İslam dininə əsasən, vacib və haram olan işlər. Məsələn, namazın vacibliyi və başqasına təcavüz etməyin haram olması. Bu bölməyə "şəriət hökmləri" də deyilir. Şəriət məsələlərini izah edən sahə “fiqh” adlanır.

3. İnsanın yaxşı və pis rəftarları.

Qeyd edək ki, bu hissədə müzakirə obyekti vacib və haram işlər deyil. Hərçənd bəzi alimlər bir sıra haram işləri də bu bölmədə açıqlayırlar. Deməli, üçüncü hissənin əsas qayəsi görüləsi yaxşı və tərk ediləsi pis işlərdir. Qonşuya yaxşılıq etmək və ya başqasına bədgüman olmamaq kimi məsələlər burada misal göstərilə bilər. Belə qanunların tədqiqi və şərhi “əxlaq” elminin öhdəsinə düşür.

Bu üç bölməyə aid təlimləri nəzərdən keçirərkən əqidəyə aid məsələlərin praktiki məsələlər olmadığının şahidi oluruq. Yəni birinci bölmədə yalnız bu əqidələrə sarınmaq və onlara inanmaq tələb olunur. Fiqh və əxlaq məsələlərinin məzmunu isə fərqlidir. Çünki bu iki sahədə bir sıra qanunlar və ilahi dəyərlərə istinad edən qaydalarla üzləşirik. Məsələn, namaz qılmaq vacibdir, digərinin malına və canına təcavüz etmək haramdır, ata-ananın xidmətində dayanmaq yaxşıdır, özünü başqalarından üstün tutmaq pisdir kimi fiqhi və əxlaqi təlimlər təkcə inanılası əqidələr yox, həm də ilahi qanunlar və dəyərlər toplusuna aid olan əməllərdir. Deməli, islam dini özündə həm həqiqətləri (əqidə və inancları), həm də dəyərləri ehtiva edən bir dindir.

Din fəlsəfəsi

Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ eramızdan əvvəl V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdən başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi “Qurani-kərim”in özü ilə eyni vaxtda başlayıb. Bu müqəddəs kitabda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur.

Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan verib. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış din fəlsəfəsi elmindən forma və məzmunca bir qədər fərqlənir. Qeyd etdiyimiz kimi, din fəlsəfəsi XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi renessansdan sonrakı elmi-fəlsəfi cərəyanlarla az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə hadisəsindən kənarda qalmayıb. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdi.

Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatlari özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərib:

a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;

b) Dinlə bağlı yeni sualların cavablandırılması;

c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;

d) Dinin insan problemləri ilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.

Din fəlsəfəsi elminin yeni şəkil almasının əsas səbəbi məhz onun modern dövrdə tədqiqata cəlb edilməsidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imamşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdusa, din fəlsəfəsi elmində mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərə bilərik. Din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır. Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar.

Din fəlsəfəsinə verilən təriflər

Mehmet Aydın “Din fəlsəfəsi” əsərində yazır: “Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır”. Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.
Hadi Sadiqi “Yeni kəlama müqəddimə” əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: “Din fəlsəfəsi dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir”.

Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu David Ray Griffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, “Postmodern dünyada Tanrı və din” kitabında yazır: “Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşüncələr ”ilahiyyat” adlanır”. Şübhəsiz, bu təriflərin hər biri müəyyən baxımdan həqiqəti əks etdirir. Lakin din fəlsəfəsi mövzularının islam dini prizmasından təhlili və şərhi məsələnin mahiyyətini dəyişdirir. Hərçənd bu fərq forma fərqi kimi müşahidə olunmur. Yəni fəlsəfi üslub hər iki sferada eynidir. Beləcə, din fəlsəfəsi elminə islam həqiqətləri çərçivəsində bu şəkildə tərif verə bilərik: Bu elmdə islam dininin təməl əqidələrinə əsaslanaraq müvafiq bəhslərlə bağlı müxtəlif filosof və ilahiyyatçıların təhqiqi və tədqiqi baxışları toplanıb. Burada məsələlərin izahı müqayisəli tərzdə həyata keçirilir, müxtəlif dinlərdəki əqidələrə də müraciət olunur. Lakin nəhayətdə problem islam prinsipləri əsasında həll edilir.

Xülasə


Din fəlsəfəsi din barədə fəlsəfi düşüncələr və axtarışlar məcmusudur.

Fəlsəfə nədir? Fəlsəfə yunan mənşəli sözdür. Bu söz “Phileo” - sevirəm, “sophia” -müdriklik sözlərinin birləşməsindən yaranıb. Ümumilikdə fəlsəfə həyatın və bəşəriyyətin həyat problemlərini əql baxımından araşdırmağa çalışır. Fəlsəfə tarixçiləri fəlsəfənin bir neçə mərhələyə bölündüyünü vurğulayıblar. Qədim yunan fəlsəfəsi, yaxud antik fəlsəfə, orta əsrlər fəlsəfəsi, yeni dövr fəlsəfəsi və müasir fəlsəfə. Antik fəlsəfənin birinci mərhələsi eramızdan əvvəl VII əsrin ortalarından V əsrə qədər davam edib. Bu dövrdə filosoflar kainatın yaranış tərzi haqqında düşünüblər. Eramızdan əvvəl V və IV əsri əhatə edən antik fəlsəfənin ikinci mərhələsində filosoflar etika, təbiət və metafizika barədə fikirlərini irəli sürüblər. Qədim yunan fəlsəfəsinin üçüncü mərhələsi eramızdan əvvəl IV əsrin axırlarından eramızın III əsrinə qədər davam edib. Fəlsəfə tarixində qeyd edilir ki, bu mərhələdə fəlsəfənin əsas mövzusu, üç məsələdə xülasə olunur: məntiq, təbiət və etika.

III əsrdən V əsrə qədər hökm sürən fəlsəfi dövr isə Yeniplatonçuluq ideyalarından bəhrələnib. Bu dövrün ən məşhur filosofu Plotin III əsrin iztirablı şəraitində insanları səadətə çatdırmaq, onlara ruhi sabitlik gətirmək istiqamətində yeni fikirlərin müəllifi olub.

Qərb fəlsəfəsi tarixində V əsrdən XIV əsrə qədər orta əsrlər fəlsəfəsi adlanır. Antik fəlsəfədən fərqli olaraq orta əsrlər fəlsəfəsi xristian dinini əqli sübutlarla müdafiə etmək məqsədilə meydana gəldi. Bu mərhələnin ən məşhur simalarından sayılan Avqustin, Anselm və Akvinalı Foma öz fəlsəfi görüşlərində əsasən din və əql münasibətlərinə geniş yer verir, fəlsəfənin dini əqidələrin xidmətində olmasına çalışırdılar.

Avropa tarixində XIV əsrdən XVII əsrə qədər intibah-renessans dövrü yaşanmışdır. İntibah prosesində insanların həyata baxışı ilahi qanunlar və dəyərlər prizmasından çıxır və qeyri-ilahi, yəni insani çərçivəyə daxil olur.

İntibah dövrü XVII əsrdə yaranan yeni fəlsəfə cərəyanlarına müqəddimə xarakteri daşıyırdı. XX əsrin ortalarına qədər davam edən yeni fəlsəfə özündə çoxsaylı fəlsəfi sistemləri ehtiva edir. Bu fəlsəfi cərəyanların mahiyyətində Allaha ehtiyac duymadan insan problemlərinin həll olunması iddiası dayanırdı.

XX əsrin axırlarından indiyə qədər hökm sürən fərqli fəlsəfi, ədəbi, ictimai cərəyan postmodernizm adlanır. Postmodernistlər modernistlərdən fərqli olaraq bütün fəlsəfi, siyasi, ictimai və ədəbi nəzəriyyələrin tənqidinə çalışırlar. Bu isə nisbilik təfəkkürünün başlanğıcı hesab olunur. Qərb fəlsəfəsindən fərqli olaraq müsəlman şərqində ərsəyə gələn şərq fəlsəfəsi o qədər də təzadlı nəzəriyyələrin şahidi olmayıb.

VII əsrdə Şərqdə islamın zühuru ilə yeni fəlsəfi-ictimai fikir meydana gəldi. VII əsrdəki kəlam elmi fəlsəfi-əqli cərəyanın davamı idi. IX əsrin tərcümə hərəkatı və bunun nəticəsi olaraq yunan fəlsəfəsi irsinin müsəlman dünyasına transfer olunması müsəlman fəlsəfəsinin üçüncü mərhələsi idi. Burada yunan fəlsəfəsi müsəlmanlar tərəfindən mənimsənilir, yeni ideyalar təklif olunurdu. İslam fəlsəfəsinin üç əsas cərəyanı:

1. Məşşa fəlsəfəsi; ən məşhur nümayəndəsi ibn Sinadır.

2. İşraq fəlsəfəsi; bu cərəyanın banisi azərbaycanlı filosof Şəhabəddin Şöhrəvərdidir.

3. İsfəhan məktəbi və mütaliə fəlsəfəsi.

Sədrəddin Əş-Şirazi bu fəlsəfi cərəyanın banisi hesab olunur. Mütaliə fəlsəfəsinin bir çox müsəlman ölkələrində tanınmış davamçıları var.



Din fəlsəfəsi — dinə yönəlmiş fəlsəfi baxışların məcmusu.

Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış "din fəlsəfəsi" elmindən forma və məzmunca bir qədər fərqlənir.

Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi intibahdan sonrakı elmi-fəlsəfi cərəyanlara az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə və ya insanmehvərlik hadisəsindən kənarda qalmamışdır. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdir. Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatları özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərmişdir:


  • a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;

  • b) Dinlə bağlı yeni sualların cavablandırılması;

  • c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;

  • d) Dinin insan problemlərilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.

Din fəlsəfəsi elminin yeni çöhrə almasının əsas səbəbi məhz onun insanmehvərliyidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imanşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdu. Din fəlsəfəsi elmində isə mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərmək olar. Bununla yanaşı din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə, hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır.

Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar. Məsələn, Mehmet Aydın "Din fəlsəfəsi" əsərində yazır: "Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır". Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.

Hadi Sadiqi "Yeni kəlama müqəddimə" əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: "Din fəlsəfəsi, dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir". Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu Devid Rey Qriffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, "Postmodern dünyada Tanrı və din" kitabında yazır: "Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşünələr "ilahiyyat" adlanır".

Son olaraq məqaləni yazmaqda böyük dəstəyi olduğu üçün təşəkkürlər-:Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati İdarəetmə fakültəsi- Elşən İsmayıl

Ədəbiyyat



  1. 1. Alici Mustafa. Müsəlman- Xristian Dialoqu. İst., İz Yayınlar, 2010.

  2. Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı, Elm, 2004.

  3. Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. B., 2006.

  4. Xəlilov S. Baxış bucağı. B., 2009.

  5. Xəlilov S. İnam, şübhə və idrak / BDU İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2010, №14 (sentyabr).

  6. Xəlilov S. Sivilizasiyalararası dialoq (dəqiqləşdirilmiş ikinci nəşr). Bakı, 2009.

  7. Xəlilov S. Qərb fəlsəfəsində islama və xristianlığa iki fərqli münasibət // Xəlilov S. Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı, 2006.

  8. İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011.

  9. Kılıç R. Ahlakın dini temeli. 4. Baskı. Ankara, 2003.

Yüklə 41,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin