Azərbaycan Respublikasının Qanunu



Yüklə 62,33 Kb.
səhifə1/22
tarix04.01.2022
ölçüsü62,33 Kb.
#55060
  1   2   3   4   5   6   7   8   9   ...   22

Xarici investisiyanın qorunması haqqında

Azərbaycan Respublikasının Qanunu


Bu Qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.

I bölmə. Ümumi müddəalar

Maddə 1. Xarici investisiya haqqında qanunvericilik


Azərbaycan Respublikasının ərazisində xarici investisiya ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə nizama salınır.

Maddə 2. Xarici investorlar


Azərbaycan Respublikasında xarici investorlar aşağıdakılar ola bilər:

  1. xarici hüquqi şəxslər;

  2. xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;

v) xarici dövlətlər;

q) beynəlxalq təşkilatlar.



Yüklə 62,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin