Azərbaycan Respublikasının Qanunu


Maddə 4. Dövlətsizləşdirmədə və özəlləşdirmədə xarici investorların iştirakı



Yüklə 62,33 Kb.
səhifə3/22
tarix04.01.2022
ölçüsü62,33 Kb.
#55060
1   2   3   4   5   6   7   8   9   ...   22

Maddə 4. Dövlətsizləşdirmədə və özəlləşdirmədə xarici investorların iştirakı


Dövlət və bələdiyyə müəssisələrinin, habelə başa çatdırılmamış tikinti obyektlərinin özəlləşdirilməsində xarici investorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər.

Maddə 5. Xarici investisiyanın hüquqi rejimi


Bu Qanunda nəzərdə tutulmuş istisnalarla, xarici investisiyanın, habelə investisiya qoyuluşu sahəsində xarici investorların fəaliyyətinin hüquqi rejimi Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının əmlakı, əmlak hüquqları, habelə investisiya fəaliyyəti üçün yaradılmış rejimdən az əlverişli ola bilməz.

Xalq təsərrüfatının üstünlük verilən sahələrində və ayrı-ayrı ərazilərdə xarici investisiya üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə güzəştlər müəyyən edilə bilər.



İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri və təşkilatları ilə bağlanmış kontraktların şərtlərinin icra olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Yüklə 62,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin