Xarici investisiyalı müəssisənin işçilərinin sosial sığortası və sosial təminatı Azərbaycan Respublikasının qanunvericiliyinin normaları ilə tənzimlənir.
Xarici investisiyalı müəssisədə işləyən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək pensiyası təminatı hüququ
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.
Müəssisə yerli və əcnəbi işçilərin sosial sığortası üzrə məcburi dövlət sosial sığorta haqlarını Azərbaycan Respublikasının müəssisələri və təşkilatları üçün müəyyənləşdirilmiş dərəcələr üzrə ödəyir.