V bölmə. Xarici investorların torpaqdan istifadə hüquqlarını və başqa əmlak hüquqlarını əldə etməsi
Maddə 38. Torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüququ
Xarici investorlara və xarici investisiyalı müəssisələrə torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, o cümlədən torpağın icarəsi hüququnun verilməsi Azərbaycan Respublikasının Torpaq məcəlləsi və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 39. İcarə
Xarici investorların və xarici investisiyalı müəssisələrin icarəsinə əmlakı icarəyəverən müqavilələr əsasında və Azərbaycan Respublikasının icarə qanunvericiliyinə müvafiq surətdə verir.