Maddə 37. Su obyektlərindən ayrıca istifadə
Ayrıca istifadədə olan su obyektləri məhdud şəxslər tərəfindən istifadə olunan su obyektləridir.
Dövlət mülkiyyətində olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müdafiə, energetika, nəqliyyat, habelə digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər. (6)
Su obyektlərinin ayrıca istifadəyə verilməsi qərarında su obyektlərindən istifadənin məqsədi və əsas şərtləri göstərilir.
Su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır.
Ayrıca istifadəyə verilmiş su obyektləri müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ümumi məqsədlər üçün istifadəyə verilə və ya geri alına bilər.
Dostları ilə paylaş: |