Azərbaycan Respublikasının Su Məcəlləsi


su obyektlərinin çirklənməsi



Yüklə 324,5 Kb.
səhifə3/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   2   3   4   5   6   7   8   9   ...   71
su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;

  • su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;

  • suların zərərli təsiri — su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri.

    Maddə 2. Azərbaycan Respublikasının su qanunvericiliyi

    Azərbaycan Respublikasının su qanunvericiliyi bu Məcəllədən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

    Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

    Maddə 3. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlərin tənzimlənməsi

    Su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.

    Sudan istifadəyə dair münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyi, sanitariya-epidemioloji salamatlıq haqqında və digər qanunvericilik aktları ilə tənzimlənir.

    İçməli su təchizatı və tullantı sularının axıdılması ilə bağlı münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

    Su obyektlərinin istifadəsi və mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.


    Yüklə 324,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   71




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin