Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 39. Sudan istifadə limitləri



Yüklə 324,5 Kb.
səhifə30/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   ...   26   27   28   29   30   31   32   33   ...   71
Maddə 39. Sudan istifadə limitləri

Sudan istifadə limitləri hər bir su obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən su ehtiyatlarının götürülməsinin və ya su obyektlərinə tullantı suların axıdılmasının yol verilən həcmidir.

Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 40. Su obyektlərinin istifadəyə verilməsi qaydaları

Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir.

Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.

Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. (7)


Yüklə 324,5 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin