Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 45. Sudan istifadə edənlərin vəzifələri



Yüklə 324,5 Kb.
səhifə34/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
Maddə 45. Sudan istifadə edənlərin vəzifələri

Sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır:



    • su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək;

    • sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək;

    • tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək;

    • su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək;

    • su obyektlərindən təyinatına görə istifadə etmək;

    • su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq;

    • sudan istifadənin uçotunu aparmaq;

    • sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək;

    • Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.


Yüklə 324,5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin