Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 54. Sudan istifadə planının dəyişdirilməsi



Yüklə 324,5 Kb.
səhifə39/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   ...   35   36   37   38   39   40   41   42   ...   71
Maddə 54. Sudan istifadə planının dəyişdirilməsi

Sudan istifadə planı yalnız onu təsdiq etmiş orqanın razılığı ilə aşağıdakı hallarda dəyişdirilə bilər:



    • su azlığı hallarında;

    • hava şəraiti, suvarma normaları və ya suvarılmalı sahələr dəyişdirildikdə;

    • su istehlakçıları plan üzrə onlara ayrılmış sudan imtina etdikdə;

    • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən başqa hallarda.

Fövqəladə hadisələr baş verdikdə su obyektlərinin istifadəçiləri sudan istifadə planını dəyişdirə və su verilməsini müvəqqəti dayandıra bilərlər. Onlar su istehlakçılarına və sudan istifadə planını təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanına həmin tədbirlər haqqında dərhal məlumat verməlidirlər. Verilməmiş su sonrakı müddətlərdə su mənbələrinin vəziyyətindən asılı olaraq ödənilə bilər.

Maddə 55. Torpaq mülkiyyətçilərinin və istifadə çilərinin ərazisində yerləşən sututarlardan kənd təsərrüfatı ehtiyacları üçün istifadə

Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. (5)

Həmin hüquqi və fiziki şəxslər onların mülkiyyətinə və istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda geniş ölçülü meliorasiya işlərinin görülməsini, yaxud görülmüş meliorasiya işlərinin yenidən təşkili və ləğvini suların istifadəsinə və mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydalara uyğun həyata keçirmək hüquqlarına malikdirlər.


Yüklə 324,5 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin